Günün məzənnəsi
(01 Dekabr, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
İlham Əliyev Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır. Onu səhv bir addımla itirmək olar.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmizdə qanunvericiliyə süni intellektlə bağlı tənzimləmənin gətirilməsinin əsası qoyulmuşdur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilmişdir:


"Süni intellekt idarəçiliyi və onun hüquqi tənzimlənməsi süni intellekt sistemlərinin tətbiqində mühüm vasitə rolu oynadığından, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün aydın qaydalar və normalarla bağlı Azərbaycanda müvafiq normativ hüquqi baza yaradılmalıdır. Süni intellekt üçün tənzimləyici normaların təsbit edilməsi, həmçinin, süni intellektin istifadəsinin və faydalarının ədalətli şəkildə bölüşdürülməsində, fərdlərin hüquqlarının qorunmasında, etik qaydaların hazırlanması və süni intellektin cəmiyyətə potensial mənfi təsirini azaltmaq üçün tədbirlərin həyata keçirilməsində vacib rol oynayır."

İnformasiya mənbəyi  https://president.az/az/articles/view/68364 saytına istinad edir

https://ifac.az/userfiles/files/PDF.pdf