Bazar qiyməti - bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
Bazar qiyməti nəzərə alınaraq vergilərin hesablanması aşağıda qeyd olunan hallarda həyata keçirilə bilər:
- barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;
- təsərrüfat əqdləri qarşılıqlı asılı olan şəxslər arasında həyata keçirildikdə;
- 30 gün ərzində vergi ödəyicilərinin eyni cinsli və ya eyni xüsusiyyətli mallara (xidmət, iş) tətbiq etdikləri qiymətlərin səviyyəsi, təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilərnəzərə alınmaqla, bazarda analoji mal (xidmət, iş) üçün uyğun əməliyyatlar zamanı qiymətlərin səviyyəsinən
- tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən,
- topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən,
- digər fəaliyyət sahələrində 30 faizdən çox (yuxarı və ya aşağı) fərqləndikdə;
- müəssisənin əmlakı qalıq dəyərindən yüksək qiymətə sığortalandığı halda;
- daşınmaz əmlakın aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi ehtiyacı yarandıqda;
- vergi nəzarəti tədbiri zamanı malların (xidmət, iş) təqdim edilməsinə dair sənədlər mövcud olmadıqda və ya vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə.