Курс дня
(01 Дек, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
Ильхам Алиев Мы считаем, что доверие нужно зарабатывать годами, и его можно потерять одним неверным шагом.
2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 dekabr 2024- cü il tarixli 521 nömrəli Qərarı ilə 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı günləri kimi müəyyən edilmiş, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 fevral 2025-ci il tarixli 23 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilərək 20 mart tarixdən ardıcıl 12 gün qeyri-iş günü kimi müəyyən edilmişdir. Beləliklə, 2025-ci ilin mart ayının 19-u son iş günü hesab edilir.

2025-ci ilin mart ayında iş günlərinin az olmasını nəzərə alaraq, dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə daxilolmaların ahəngdarlığının təmin edilməsi məqsədi ilə cari ilin mart ayı üzrə bütün vergi və sosial ayırmalar üzrə öhdəliklərinizin 2025-ci ilin 17 mart tarixinədək yerinə yetirilməsi məqsədəuyğun hesab edilir.

İnformasiya mənbəyi https://nk.gov.az/az/azerbaycan/bayramlar saytına istinad edir