Курс дня
(01 Дек, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
Ильхам Алиев Мы считаем, что доверие нужно зарабатывать годами, и его можно потерять одним неверным шагом.
faq

Bəli, lakin bu zaman risklər çoxalır. Qanunvericilikdə tez-tez dəyişikliklər olduğuna görə peşəkar dəstək tövsiyə olunur. Biz həm tam uçot xidməti, həm də nəzarət (outsourcing + supervision) modeli təklif edirik.

Bəli. Mövcud sistemlərə (Mikro) uyğun hesabatlılıq hazırlayırıq və inteqrasiya dəstəyi veririk. Ehtiyac olduqda Excel əsaslı nəzarət alətləri də qururuq.

Bəli, bu xidmət HR uçotu çərçivəsində göstərilir. Əmək müqavilələrinin sistemə daxil edilməsi, məzuniyyət, xəstəlik vərəqələri və s. daxil olmaqla.

Bu çox aktual məsələdir. Biz bütün müştərilərimiz üçün qanunvericilik yeniliklərini aylıq və ya kvartal əsaslı icmal şəklində təqdim edirik. Əlavə olaraq, dəyişikliklərin şirkətə spesifik təsirini izah edən qısa rəylər də veririk.

Hər bir bəyannamənin gecikdirilməsinə görə inzibati cəriməgüzəştin itirilməsi riski yaranır. Məsələn, ƏDV bəyannaməsi gec təqdim edilərsə, həm 40 AZN cərimə, həm də əlavə faiz hesablanması mümkündür.

Xeyr. Bu iki rejim bir-birini istisna edir. Əgər siz ƏDV qeydiyyatındasınızsa, artıq sadələşdirilmiş rejimdən istifadə edə bilməzsiniz.

VÖEN üzrə öhdəliklər vergi orqanı qarşısında vergi ödəyicisinin üzərinə düşür. Sistemdə texniki görünmə problemi olsa belə, ödəniş edilmədikdə faiz və cərimə avtomatik tətbiq olunur. Nəzarət və aktuallıq üçün biz günlük və aylıq borc hesabatları təqdim edirik.

Kiçik müəssisələr üçün müvəqqəti olaraq mümkündür, amma vergi yoxlaması zamanı izahlılıq və sənədləşmə baxımından risklidir. Biz Excel əsasında nəzarət faylları, kontrol siyahılaravtomatik hesablama alətləri təklif edirik, lakin paralel şəkildə sistemli uçot da qururuq.

Bəli, hər bir xərci uçota daxil etmək üçün faktura, qaimə, müqavilə və ya ödəniş sənədi olmalıdır. Əks halda, həm vergi baxımından xərclərin tanınması mümkünsüz olar, həm də audit zamanı şübhə doğurar.

Əmək müqaviləsi – işçi–işəgötürən münasibətidir, DSMF və digər ödənişlər tətbiq olunur. Xidməti müqavilə isə müstəqil xidmət kimi qiymətləndirilir və bu zaman əmək öhdəlikləri tətbiq olunmur. Əmək münasibətləri xidməti müqavilə ilə gizlədilərsə, bu ciddi cəriməyə səbəb ola bilər.

Aşağıdakı hallarda audit məcburidir:

  • Səhmdar cəmiyyətlər
  • Dövlət iştiraklı müəssisələr
  • İllik dövriyyəsi və ya aktivləri müəyyən məbləği aşan MMC-lər (500.000 manatdan yuxarı)
    – Digər hallarda könüllü audit tövsiyə olunur – xüsusilə investisiya, kredit və ya satış zamanı.

 Aşağıdakı hallarda könüllü audit tövsiyə olunur:

  • Yeni investor və ya ortaq cəlb etmək
  • Kredit müraciəti və bank hesabatları
  • Rəhbərlik dəyişməsi və ya işçilərin rotasiyası
  • Şirkət satışı və ya bölünməsi

Сотрудничайте с нашей командой!