Vergi ödəyicilərinin nəzərinə!
21 aprel 2025-ci il tarixi aşağıda qeyd edilən vergilərin ödənişlərinin icrası üçün son gündür!
Əlavə dəyər vergisi
Sadələşdirilmiş vergi
Xüsusi notariuslar üzrə gəlir vergisi
İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi
Aksizlər
Yol vergisi
Mədən vergisi
Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi
Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi
Qeyd edilən ödənişlərin icrası vaxtında həyata keçirilmədikdə, həmin vergi məbləğləri üçün əlavə faizlər hesablanır.
21 aprel 2025-ci il tarixi I Rüb üzrə aşağıda qeyd edilən bəyannamələrin təqdim edilməsinin son günüdür!
Sadələşdirilmiş vergi
Xüsusi notariuslar üzrə gəlir vergisi
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi
Ödəmə mənbəyində tutulan vergi
Dövlət rüsumu haqqında hesabat
İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi
Həmçinin, qeyd edilən tarixdən gec olmayaraq
2025-ci il Mart ayı üzrə Əlavə dəyər vergisi
Aksizlər
Yol vergisi
Mədən vergisi
Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi
Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi
Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad olunan əməliyyatlar aparan vergitutma obyekti olan vergi ödəyiciləri tərəfindən hesabatın müəyyən edilən müddət ərzində təqim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.