Курс дня
(01 Дек, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
Ильхам Алиев Мы считаем, что доверие нужно зарабатывать годами, и его можно потерять одним неверным шагом.
Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

- bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz,

2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

 və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

❗2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 

2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

 və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;

Gəlir vergisi: 30 ₼

DSMF ayırmaları: 86,00 ₼

İşsizlikdən sığorta haqqı: 5,00 ₼

İcbari tibbi sığorta: 20,00 ₼

Tam əməkhaqqı: 859 ₼