Курс дня
(01 Дек, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
Ильхам Алиев Мы считаем, что доверие нужно зарабатывать годами, и его можно потерять одним неверным шагом.
Təhtəlhesab şəxslər

Təhtəlhesab şəxslər müəyyən edilmiş məqsədlər üçün müəssisədən pul almış müəssisənin işçiləridir. Təhtəlhesab şəxslərə avans olaraq pul vəsaitləri təşkilatın kassasından nağd şəkildə və ya bankda olan hesablarından onların əmək haqqı kartlarına köçürmə yolu ilə ödənilir. Təhtəlhesab şəxslərə nəğd pul aşağıdakı hallarda verilə bilər:

ezamiyyə xərcləri üçün;

inzibati-təsərrüfat və əməliyyat xərcləri üçün (dəftərxana mallarının alınması, xırda təmir, nümayəndəlik xərcləri və s.);

nümayəndəlik xərcləri üçün.

Təhtəlhesab şəxslərə pul verdikdə yaddan çıxartmaq lazım deyil ki, təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar. Eyni şəxsə yeni avans məbləği yalnız əvvəl verilmiş avans məbləği haqda hesabat təqdim edildikdən və pulun qalığı qaytarıldıqdan sonra verilir.
Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları isə təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməlidir;
Nəğd pullar işçinin ərizəsi əsasında verilir. Ərizə müəssisə rəhbəri tərəfindən təsdiqlənməlidir. Ərizədə müəssisə rəhbəri qeyd etməlidir: nə qədər pul verilir və hansı tarixədək.
Pullar kassadan verildikdə kassa məxaric orderi tərtib edilir (forma KO-2)
Sənəd nümunəsini linkdən əldə edə bilərsiniz https://ifac.az/az/document/9

Alınan pullara görə təhtəlhesab şəxs avans hesabatı tərtib etməli və müəssisə mühasibatlığına təqdim еtməlidir. Mühasibatlıqda təqdim оlunmuş avans hеsabatı, оna əlavə оlunan еzamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çеk, qaimə, qəbz, nəqliyyatla əlaqədar bilеtlər və s.) ətraflı yохlanılır və hеsabat müəssisə rəhbəri tərəfindən təsdiq еdilir.
Nəzərdə saxlamaq lazımdır ki, "Nağdsız hesablaşmalar haqqında" AR qanunun 3.3 maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.