Курс дня
(01 Дек, 2025)
  • XAU: 7120.671 AZN
  • USD: 1.7 AZN
  • EUR: 1.97 AZN
  • GBP: 2.2506 AZN
  • RUB: 2.1803 AZN
  • TRY: 0.04 AZN
Ильхам Алиев Мы считаем, что доверие нужно зарабатывать годами, и его можно потерять одним неверным шагом.
BAM icazə

 

"Beynəlxalq Audit Mərkəzi" MMC 27 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Şirkət müxtəlif mülkiyyət və təşkilati-hüquqi formaya malik müəssisələr üçün mühasibat uçotunun qurulması və idarə olunması, maliyyə hesabatlarının hazırlanması, uçot siyasətinin formalaşdırılması, daxili uçot sistemlərinin yaradılması və vergi qanunvericiliyinə uyğunluq üzrə peşəkar məsləhət xidmətləri təqdim edir.

Ölkədə iqtisadi mühitin dinamik şəkildə dəyişməsi və yeni təsərrüfat prinsiplərinin formalaşması fonunda, “Beynəlxalq Audit Mərkəzi” MMC fəaliyyət sferasını genişləndirərək 2024-cü ilin mart ayından etibarən auditor təşkilatı kimi fəaliyyətə keçmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Auditorlar Palatasına rəsmi şəkildə müraciət edilmiş və 10 may 2024-cü il tarixli AT/300 nömrəli lisenziya ilə audit fəaliyyətini həyata keçirmək üçün hüquqi əsas əldə olunmuşdur. Həmin tarixdən etibarən şirkət müstəqil audit xidmətlərinin göstərilməsinə başlamışdır.

Şirkətin xidmət sahəsinə dövlət və özəl sektor nümayəndələri, büdcə təşkilatları, publik hüquqi şəxslər, MMC-lər və ASC-lər daxildir. Bu qurumlara mühasibat uçotunun təşkili və idarə olunması, hesabatların tərtibi, uçot siyasətinin qurulması və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi daxil olmaqla geniş spektrli xidmətlər təqdim olunur. Bundan əlavə, aparılan audit yoxlamaları nəticəsində obyektiv və müstəqil rəy verilir.

Təqdim olunan bütün xidmətlər Beynəlxalq Audit Standartları (BAS), Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS), Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), qüvvədə olan qanunvericilik aktları və müştərilərin fəaliyyət sahələrini tənzimləyən normativ sənədlər əsasında həyata keçirilir.

İndiyədək icra olunan layihələr, peşəkar komandanın təcrübəsi və operativ yanaşması sayəsində şirkət müştəri öhdəliklərini yüksək keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirməklə etibarlı tərəfdaş nüfuzu qazanmışdır.

Oxşar lisenziyalar