Vergi və Vergitutma
Uğurlu biznes idarəçiliyində düzgün vergi planlaşdırması və vergitutma qaydalarına riayət etmək mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq Maliyyə və Mühasibat Mərkəzi olaraq, sizə vergi məsələlərində peşəkar dəstək verərək, vergi öhdəliklərinizi effektiv şəkildə idarə etməyə kömək edirik. Təcrübəli vergi məsləhətçilərimiz şirkətinizin vergi strategiyasını optimallaşdıraraq, əlavə xərclərin qarşısını almaq məqsədilə həllər təklif edirlər.
Xidmətlərimizə daxildir:
-
Vergi planlaşdırması və məsləhət
Vergi planlaşdırması və məsləhət xidməti, şirkətinizin ödəməli olduğu vergiləri qanun çərçivəsində minimuma endirmək və maliyyə nəticələrini yaxşılaşdırmaq məqsədilə vergi strategiyaları hazırlamaqdan ibarətdir. Bu xidmətin əsas məqsədi, şirkətinizin gəlir və xərclərini təhlil edərək, hansı vergilərin hansı dərəcədə ödənilməli olduğunu planlaşdırmaqdır. Biz, vergi qanunvericiliyində olan güzəştlərdən və üstünlüklərdən maksimum istifadə etməklə, şirkətinizin vergi yükünü azaldırıq. Vergi planlaşdırması həm cari, həm də gələcək dövrlərdə vergi öhdəliklərini necə effektiv şəkildə idarə etməyə kömək edir. Həmçinin, xidmətimiz vasitəsilə sizə hansı vergi formalarının doldurulması, ödənişlərin hansı vaxtda həyata keçirilməsi və digər vergi ilə bağlı əməliyyatlar barədə məsləhət veririk. Nəticədə, vergi planlaşdırması xidməti, şirkətinizin həm vaxtına, həm də resurslarına qənaət edərək, mümkün cərimələrdən və əlavə ödənişlərdən qorunmasına kömək edir.
-
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi xidməti, şirkətinizin bütün vergi hesabatlarının düzgün və vaxtında tərtib olunaraq vergi orqanlarına çatdırılmasını təmin edir. Bu xidmətlə, vergi hesabatlarınızı hazırlayıb yoxlayır, vergi qanunlarına uyğun olub-olmadığını təmin edir və onları rəsmi orqanlara vaxtında təqdim edirik. Məqsədimiz, vergi öhdəliklərinizi rahat və vaxtında yerinə yetirməyinizə kömək etmək, bununla da cərimələrdən və əlavə problemlərdən uzaq qalmağınıza dəstək olmaqdır. -
Vergi auditi və yoxlamaları
Vergi auditi və yoxlamaları xidməti, şirkətinizin vergi hesablamalarının düzgünlüyünü yoxlamaq və vergi qanunvericiliyinə tam uyğunluğunu təmin etmək üçün nəzərdə tutulub. Bu xidmət çərçivəsində, vergi sənədlərinizi və hesabatlarınızı detallı şəkildə araşdırır, hər hansı uyğunsuzluq və ya risk faktorlarını aşkar edirik. Eyni zamanda, vergi yoxlamalarına hazırlıqda və proses zamanı sizə dəstək göstəririk. -
Vergi mübahisələrinin həlli
Vergi mübahisələrinin həlli xidməti, şirkətinizin vergi orqanları ilə yaranan problemləri səmərəli və qanuni yollarla həll etməyə yönəlib. Bu xidmət çərçivəsində, vergi yoxlamalarının nəticələri, vergi öhdəliklərinin hesablanması və ya vergi borcları ilə bağlı mübahisələr diqqətlə təhlil edilir. Bizim məqsədimiz, şirkətinizin vergi qanunvericiliyinə tam uyğun fəaliyyət göstərməsini təmin edərək, mümkün cərimələr və əlavə ödənişlərdən qorunmaqdır. Xidmətimiz, vergi orqanları ilə aparılan danışıqlar, zəruri hallarda isə məhkəmə prosesi üçün hüquqi müdafiənin təmin olunmasını da əhatə edir. Vergi mübahisələrinin həlli zamanı biz, müvafiq qanunvericilik aktlarına və normativ tələblərə əsaslanaraq şirkətinizin maraqlarını qorumağa və vergi məsələlərində şəffaflıq və düzgünlük təmin etməyə çalışırıq. -
Beynəlxalq vergitutma və sərhədlərarası əməliyyatlar
Beynəlxalq vergitutma və sərhədlərarası əməliyyatlar xidməti, şirkətinizin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi və beynəlxalq əməliyyatlar həyata keçirməsi zamanı ortaya çıxan vergi məsələlərini effektiv şəkildə idarə etməyə yönəlib. Bu xidmət çərçivəsində, beynəlxalq vergitutma qaydaları, ikiqat vergitutmanın qarşısını almaq üçün mövcud olan sazişlər və müxtəlif ölkələrin vergi qanunvericiliyinə uyğunluq təmin olunur. Biz, şirkətinizin xarici bazarlarda fəaliyyət göstərməsi zamanı yaranan vergi risklərini minimuma endirmək üçün sərhədlərarası əməliyyatların təhlilini aparır, düzgün vergi strategiyalarını müəyyən edir və zəruri hüquqi məsləhətlər təqdim edirik. Xüsusilə, gəlirin xarici ölkələrdə necə vergiyə cəlb olunduğunu, vergi üstünlüklərindən necə istifadə ediləcəyini və transfer qiymətqoyma qaydalarına necə riayət ediləcəyini analiz edirik.
